"Çoxlu kənar obyektlər götürülüb..." | Qəza ilə bağlı hesabat

   "Çoxlu kənar obyektlər götürülüb..."    | Qəza ilə bağlı hesabat
  04 Fevral 2025    Oxunub:641
"Hava gəmisində dəlib keçən zədələr onun konstruksiyasına kənar obyektlərin təsir etdiyini göstərir". Bu sözlər Qazaxıstan Nəqliyyat Nazirliyinin “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatından götürülüb.
“Dəlib keçən zədələrin əksəriyyəti təyyarənin quyruq hissəsində – kil və stabilizatorda yerləşir. Vizual baxış zamanı dəlib keçən və kor zədələrin olması faktı aşkarlanıb”, - deyə hesabatda vurğulanıb.

Bildirilir ki, Braziliya və Azərbaycanın səlahiyyətli nümayəndələrinin və Qazaxıstan hüquq-mühafizə orqanlarının da iştirakı ilə İstintaq Komissiyası tərəfindən hava gəmisi qalıqlarının kor zədələrində olan kənar obyektlər əlavə məhkəmə ekspertizasına göndərilmək üçün aşkarlanaraq götürülüb.
"AZAL hər şeyi düz edib" | Hesabat

“Kor zədələr müəyyən olunan yerdən çoxlu sayda kənar obyektlər götürülüb. Dəlib keçən zədələrin mənbəyini və xarakterini müəyyən etmək üçün lazımi araşdırma və ekspertiza aparılacaq”, - deyə hesabatda bildirilir.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

AzVision.az


Teqlər: Embraer   AZAL   Qəza   Hesabat  





Xəbər lenti